PDF Oxu

Dünya

  • 9

İran HHQ-sinə daxil olan təyyarələri modernləşdirir

İran HHQ-sinə daxil olan təyyarələri modernləşdirir
"FARS" İran informasiya agentliyinin yaydığı məlumata görə, İran ordusu öz hərbi-hava qüvvələrinə daxil olan bütün təyyarə tiplərinin təmiri və modernləşdirilməsi prosesinə başlamışdır. İran HHQ-sinə daxil edilmiş "F-14 Toncat" Amerika qırıcı təyyarələrinin də modernləşdirilməsini nəzərdə tutur. İran hərbi-hava qüvvələrinin ümumi koordinasiya məsələləri üzrə komandanı general Əziz Nəsirzadənin dediyinə görə, hərbi texnikanın modernləşdirilməsi ölkə mütəxəssisləri tərəfindən gerçəkləşdiriləcəkdir. General demişdir ki, İranın bombardmançı təyyarələri 900 kiloqramlıq "Qasid" aviasiya bombalarının elementləri ilə yüklənmişdir. Onun qənaətinə görə, yeni modifikasiyalı qırıcı təyyarələri müxtəlif funksiyaları yerinə yetirəcəkdir. İranın "Qasid" bombaları 2009-cu ilin sentyabrında sınaqdan keçirilmişdir. Sınaqlar "Qasid-1" və "Qasid-2" adları altında İran və Oman boğazlarında keçirilmişdir. Başlıca məqsəd İran hərbi-hava qüvvələrində olan qırıcı təyyarələrini Amerikanın "F-14" təyyarələrinə bənzətməkdir. 1970-ci illərdə İran HHQ-si 79 ədəd bu cür ABŞ qırıcı təyyarələri almışdı. 2009-cu ildə İran öz istehsalı olan aviasiya mühərrikləri düzəltməyə başlamışdır. İran hərbçilərinin dediklərinə görə, az gözə çarpan texnologiyanın tətbiqini başa çatdırmaqdadırlar. Bunun üçün "Şageh" və "Azarakhsh" İran qırıcı təyyarələrindən istifadə edilir. Bu cür təyyarələr 2010-cu ilin fevralında istehsala başlamışdır.

Digər xəbərlər