PDF Oxu

Dünya

  • 12

ABŞ Rusiyaya 66,7 milyon dollar yardım ayırmaq istəyir

ABŞ Rusiyaya 66,7 milyon dollar yardım ayırmaq istəyir
ABŞ-ın müdafiə nazirinin qlobal strateji məsələlər üzrə köməkçisi Maykl Natın verdiyi məlumata görə, Barak Obama administrasiyası rəsmi surətdə Konqresə müraciət edərək, Rusiyanın nüvə silahı daşıyıcılarının demontajı üçün bu ölkəyə 66,7 milyon dollar yardım ayırmasını xahiş etmişdir. M.Nat demişdir ki, həmin pullar keçmiş SSRİ respublikaları üçün ayrılmış maliyyə yardımının bir hissəsidir. Həmin pullarla nüvə, kimyəvi və bioloji silahların məhv edilməsi nəzərdə tutulur. M.Nat ayrılacaq maliyyə vəsaiti vasitəsilə konkret hansı silahların ləğv ediləcəyini də açıqlamışdır. Onun dediyinə görə, 2011-ci maliyyə ilində 8 ədəd maye ilə işləyən döyüş maşını, 33 start şaxtası, 40 ədəd qatı yanacaqla işləyən mobil texnika və onların 36 buraxılış qurğusu, nəhayət, bir ədəd strateji nüvə gəmisi məhv ediləcəkdir. M.Natın verdiyi məlumata görə, Rusiyaya nüvə silahlarını təhlükəsiz surətdə qorumaq üçün əlavə 54,6 milyon dollar ayrılacaqdır. Sözsüz ki, bu vəsaitin ayrılmasını B.Obama administrasiyası istəyir.

Digər xəbərlər