PDF Oxu

Dünya

  • 8

Yanukoviçin impiçment məsələsi gündəliyə gətirilib

Yanukoviçin impiçment məsələsi gündəliyə gətirilib
"Naşa Ukraina"partiyasının lideri olan keçmiş Ukrayna prezidenti Viktor Yuşşenko ölkənin yeni prezidenti Viktor Yanukoviçin impiçment məsələsini gündəliyə gətirməyə cəhd edəcəyini bildirmişdir. Onun dediyinə görə, ölkə konstitusiyasının 17-ci maddəsi Ukrayna ərazisində xarici ölkələrin hərbi bazalarının yerləşdirilməsini qadağan edir. O, V.Yanukoviçi ölkənin strateji sənaye sahələrini - aviasiya, atom energetikası və qazların yer altında qorunması sənaye sahələrini Rusiyaya güzəştə getməkdə ittiham etmişdir.
"Ukrainskaya Pravda" qəzetinin yazdığına görə, Yuliya Timoşenko Blokunun deputatları V.Yanukoviçin Rusiyanın Qara Dəniz Donanmasının Sevastopolda qalması müddətini 25 il müddətinə uzatmasına etiraz əlaməti olaraq, aprelin 24-də Ali Radanın fövqəladə yığıncağının keçirilməsini tələb etmişlər.
Rusiyanın Qara Dəniz Donanmasının Krımda daha 25 il müddətə qalması haqda sənədi aprelin 21-də Xarkovda Rusiya prezidenti Dmitri Medvedev və Ukrayna prezidenti Viktor Yanukoviç imzalamışlar. Müqavilənin uzadılması müddəti 20 il nəzərdə tutulmuşdu. Rusiyanın Qara Dəniz Donanmasının Krımda qalma müddəti 2017-ci ildə başa çatır. V.Yanukoviç imzalamış olduğu sənəddə Rusiya Donanmasının Krımda qalma müddətini 2042-ci ilədək uzatmışdır.
"Ukrainskiye Novosti" informasiya agentliyinin məumatına görə, Avropa Birliyinin genişlənməsi və qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle Rusiya və Ukrayna prezidentlərinin imzalamış olduqları yeni sənədə münasibətini bildirmişdir. Onun dediyinə görə, imzalanmış sənəd Ukraynanın Avropa Birliyinə inteqrasiyasının vacibliyini sual altına almır. Avrokomissar başlıca məsələnin Kiyevin iqtisadi islahatlar keçirməsi və bu yolla Avropaya daha sıx yaxınlaşmasının olduğunu bildirmişdir.

Digər xəbərlər