PDF Oxu

Dünya

  • 9

Fransa prezidenti çarşabı qadağan etməyi qərara alıb

Fransa prezidenti çarşabı qadağan etməyi qərara alıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Fransa prezidenti Nikolya Sarkozi ictimai yerlərdə çarşab gəzdirməyin qadağan edilməsi haqda qanun layihəsinin işlənib hazırlanması haqda sərəncam vermişdir. Fransa hökumətinin rəsmi nümayəndəsi Lük Şatelin dediyinə görə, prezident nazirlərə qısa vaxt ərzində qanun layihəsi işləyib hazırlamağı, may ayında parlamentə təqdim etməyə tapşırmışdır. N.Sarkozinin dediyinə görə, ictimai yerlərdə sifətin tamamilə örtülməsini təmin edən libas növü daşımaq qadağan edilməlidir. Fransa prezidenti qadağanın Fransa əhali qruplarına mənfi təsir etməyəcəyinə əmin olduğunu ifadə etmişdir. Agentliyin qeydinə görə, N.Sarkozi bu mövzuda dəfələrlə danışsa da, ilk dəfə olaraq, sözdən işə keçməyi lazım bilmişdir. Xatırladırıq ki, Fransa xristian ölkəsi olsa da, ərazisində 5 milyon nəfərə yaxın müsəlman yaşayır. 2004-cü ildə çarşabdan istifadə edilməsi əhalinin sıx olduğu yerlərdə və məktəblərdə qadağan edilmişdi. Yeni qərardan sonra çarşab geymək Fransanın hər yerində qadağan ediləcəkdir. Çarşabın qadağan edilməsi haqda digər Avropa dövlətlərinin siyasətçiləri də düşünməkdədir. Aprelin 22-də Belçika parlamenti bu yöndə olan qanun layihəsini müzakirə etmək istəyir. Qanun qüvvəyə minərsə, Belçikada çarşabda gəzən qadınlar bir il müddətində azadlıqdan məhrum edilə bilərlər.

Digər xəbərlər