PDF Oxu

Dünya

  • 11

Amazonka hinduları HES tikintisinə qarşı müharibə aparacaqlarını bildirirlər

Amazonka hinduları HES tikintisinə qarşı müharibə aparacaqlarını bildirirlər
"Qardian" qəzetinin yazdığına görə, Braziliya hinduları ağların Amazonka hüdudlarında nəhəng Belo Monte hidroelektirik stansiya inşa edəcəkləri təqdirdə, buna müharibə ilə cavab verəcəklərini bildirmişlər. HES-in tikintisinin keçirildiyi tenderi Braziliya kompaniyası konsorsiumu əldə etmişdir. Layihənin dəyəri on milyard dollardan artıqdır. Braziliya nazirlərindən biri ölkə prezidentinin layihəni müsbət qiymətləndirdiyini bildirmişdir. HES-in tikintisi əleyhinə Amazonka meşələrində məskunlaşmış yerli hindu qəbilələrinin nümayəndələri, Braziliya ekoloqları və "Avatar" filminin yaradıcısı Ceyms Kemeron çıxmışdır. Hinduların bəyanatının mahiyyəti ondan ibarətdir ki, tikintinin başlayacağı təqdirdə, onlar "Avatar" filminin qəhrəmanları kimi ox və nizələrlə silahlanmalı olacaqlar. Kayapo qəbiləsinin rəhbəri Raoni Metuktire HES-in tikintisi ilə əlaqədar demişdir: "Hindular və ağdərililər arasında müharibə tezliklə alovlana bilər. Ağdərililər bizim torpaqlardan kifayət qədər çox şey qoparmaq istəyirlər. Biz onları öldürməli olacağıq. Bu yerlərin suyu da, torpağı da bizə məxsusdur". Xatırladırıq ki, bu qəbilə rəhbəri Böyük Britaniya rok musiqiçisi Stinq ilə dəfələrlə dünya turnesinə çıxmışdır.

Digər xəbərlər