PDF Oxu

Dünya

  • 10

Pentaqon İranın raket zərbəsi endirəcəyi vaxtı müəyyən edib

Pentaqon İranın raket zərbəsi endirəcəyi vaxtı müəyyən edib
"Fox Nyus" məcmuəsi ABŞ Müdafiə Nazirliyinin 12 səhifəlik məruzəsini dərc etmişdir. Məruzədə deyilir ki, İran 2015-ci ildə ABŞ-a raket zərbəsi endirmək imkanında olacaqdır. lİran xarici ölkələrin yardımı ilə 2015-ci ildə ABŞ ərazisinə çata biləcək kontinentlərarası balliistik raket istehsal etməyə qadir olacaqdır" deyə məruzədə bildirilir. Məruzə müəllifləri təsdiq edirlər ki, İran nüvə silahı hazırlamaqla yanaşı, öz nüvə obyektlərini hücumdan qorumaq qüdrətində olacaqdır. Müəlliflərin fikrincə, İran öz nüvə obyektlərini yeraltı bunkerlərdə mühafizə edəcəkdir. Onların fikrincə, ABŞ və müttəfiqlərindən o qədər də güclü olmayan İran ordusu üçüncü ölkələr üçün kifayət dərəcədə təhlükəlidir.
Dünya ictimaiyyəti Tehranın gizli surətdə nüvə silahı hazırlamasını çoxdandır ki, müşahidə edir. İran rəsmiləri isə nüvə proqramlarının istisnasız olaraq dinc məqsədli olduğunu israr edir. 2010-cu ilin fevralında İran prezidenti Mahmud Əhmədinejad belə bir bəyanat vermişdir ki, Natanzda uranın zənginləşdirilməsi yönündə fəaliyyət göstərən zavod 80 faiz nüvə yanacağı istehsal etmək gücündədir. Aprel ayında isə İranın uranın zənginləşdirilməsi üçün yeni sentrifuq sınağı keçirdiyi məlum olmuşdur.

Digər xəbərlər