PDF Oxu

Dünya

  • 10

Polşada növbədənkənar prezident seçkilərinin vaxtı müəyyən edilib

Polşada növbədənkənar prezident seçkilərinin vaxtı müəyyən edilib
"Röyter" informasiya agentliyinin aprelin 21-də yaydığı məlumata görə, Polşa parlamentinin spikeri Bronislav Komorovski növbədənkənar prezident seçkilərinin vaxtını müəyyənləşdirmişdir. Seçkilərin birinci turu iyunun 20-də keçiriləcəkdir. Növbədənkənar prezident seçkilərinin keçirilməsi ölkə başçısı Lex Kaçinskinin Smolensk yaxınlığında təyyarə qəzasına uğraması ilə əlaqədardır.
Agentliyin qeydinə görə, prezident seçkilərinin birinci turunun iyunun 20-nə təyin edilməsi belə bir nəticə çıxartmağa əsas verir ki, ikinci tur iyulun 4-də keçiriləcəkdir. İkinci turun keçirilməsi üçün namizədlərdən birinin 50 faizdən az seçici səsi qazanmaması kifayət edəcəkdir. İkinci turda daha çox səs toplamış iki namizəd mübarizə aparacaqdır.
Polşa qanunvericiliyinə əsasən, Seym spikeri, L.Kaçinskinin ölümündən iki həftə sonra, növbədənkənar prezident seçkilərinin vaxtını müəyyənləşdirməlidir. Seçkilər elan olunduqdan sonra 60 gün ərzində son bazar günü keçirilməlidir. Prezident postuna mümkün namizədlər sırasında Bronislav Komorovski, mühafizəkar Yanuş Korvin-Mikke, mərkəzçi Tomaş Nalenç və müstəqil namizəd Ancey Olexovskinin adları çəkilir. Bir müddət əvvəl, mətbuatda belə bir məlumat yayılmışdı ki, lHüquq və Ədalət" partiyası L.Kaçinskinin ekiz qardaşı Yaroslavın namizədliyini irəli sürəcəkdir. Başqa bir məlumata görə, bu partiyanın namizədi keçmiş ədliyyə naziri Zbiqnev Zebro olacaqdır.

Digər xəbərlər