PDF Oxu

Dünya

  • 18

Kurmanbek Bakiyev istefa vermədiyini bildirib

Kurmanbek Bakiyev istefa vermədiyini bildirib
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Qırğızıstan prezidenti Kurmanbek Bakiyev prezident postundan istefa vermək fikrində olmadığını bildirmişdir. O, dünya dövlətlərini başında Roza Otunbayevanın oturduğu müvəqqəti hökuməti dəstəkləməməyə çağırmışdır. lMəni prezidentlikdən imtina etməyə məcbur edə biləcək qüvvə yoxdur" deyə K.Bakiyev bildirmişdir. K.Bakiyev hazırda Minsk şəhərindədir. O, buraya Qazaxıstandan uçub gəlmişdir. Belorus prezidenti Aleksandr Lukaşenko K.Bakiyevə siyasi sığınacaq verdiyini bəyan etmişdir. Onun dediyinə görə, hazırda Qırğızıstan prezidenti K.Bakiyev Belorus dövlətinin müdafiəsi altındadır. A.Lukaşenko qırğızıstanlı həmkarının Belorus xüsusi xidmətinin müvafiq orqanlarının yardımı ilə Minskə gətirildiyini bildirmişdir. Belorus prezidenti K.Bakiyevin ailəsinin xüsusi tibbi müayinədən keçirilməsi üçün tibb komissiyası yaradılmasına sərəncam vermişdir.
A.Lukaşenko Qırğızıstanda baş vermiş üsyan zamanı K.Bakiyevi dəstəklədiyini və onun üsyançılara güc tətbiq etmək haqda verdiyi sərəncamın doğruluğunu təsdiq etmişdir. Qırğızıstanda baş verən hadisələri təhlil edən A.Lukaşenko başlıca olaraq Rusiya və ABŞ-ın mövqeyini kəskin tənqid atəşinə tutmuşdur. Onun fikrincə, yaxşı qonşu Qırğızıstanda baş vermiş dövlət çevrilişini pisləməli idi. Ancaq Moskva və Vaşinqtonun bu addımı atmaması Belorus prezidentini qəzəbləndirmişdir.

Digər xəbərlər