PDF Oxu

Dünya

  • 11

ABŞ Suriyadan "Hizbullah"a raket satmasını izah etməyi tələb edib

ABŞ Suriyadan "Hizbullah"a raket satmasını izah etməyi tələb edib
"Frans Press" informasiya agentliyinin aprelin 1-də yaydığı məlumata görə, Suriya missiyasının Vaşinqtondakı başçısı Züheyr Cabbur ABŞ-ın Dövlət Departamentinə çağırılmışdır. Rəsmi Vaşinqton diplomatdan Suriya hökumətinin "Hizbullah" Livan islam hərəkatı tərəfdarlarına "Skad" raket kompleksinin satışının izahını tələb edib. ABŞ Dövlət Departamentinin rəsmi bəyanatında bildirilir ki, Suriyanın radikal islamçılara silah satması Yaxın Şərq probleminin dinc yolla nizama salınmasını şübhə altına alır. "Skad" adlandırılan "P-11" raket kompleksi 1950-ci illərin əvvəllərində Sovet İttifaqında hazırlanmışdı. Bu silahın bir müddət sonrakı variantı Rusiya, Ukrayna, Suriya, Yəmən, İraq, Misir və eləcə də, bir çox ölkələrin ordularında işlənilməkdədir. Yeni modifikasiyalı "Skad" raketləri Livan ərazisindən İsrailin istənilən nöqtəsinə atıla bilər. Aprelin 16-da "Hizbullah" nümayəndələri Suriyadan bir neçə "Skad" raket kompleksini aldıqlarını etiraf etmişlər.

Digər xəbərlər