PDF Oxu

Dünya

  • 5

Qırğızıstanın cənubunda qarşıdurma baş verib

Qırğızıstanın cənubunda qarşıdurma baş verib
"Fərqanə.Ru" informasiya agentliyinin yaydığı məlumata görə, bir qrup naməlum şəxs Qırğızıstanın cənub bölgəsində yerləşən Cəlalabad vilayətinin administrativ mərkəzində daxili işlər idarəsinin binasını ələ keçirməyə cəhd etmişdir. Agentlik xəbər verir ki, bina ətrafına xeyli adam yığışmışdı. Hücumda 100-200 nəfərədək adam iştirak etmişdi. Onların bəziləri silahlı olmuşdu. Məlum olduğu kimi, Qırğızıstan prezidenti Kurmanbek Bakiyev çevrilişdən dərhal sonra, Cəlalabad vilayətinə getmişdi. Əhalinin müəyyən qrupu yerliləri olan K.Bakiyevi dəstəkləyir. Aprelin 15-də K.Bakiyev Qırğızıstan ərazisini tərk etsə də, onu dəstəkləyənlər etiraz aksiyaları keçirməkdə davam edirlər. Ötən həftə keçmiş prezidentin tərəfdarları vilayətin administrativ binasını və regional telekompaniya binasını ələ keçirmişlər. Aprelin əvvəllərində Talasda da hadisələr analoji ssenari üzrə yerinə yetirilmişdi. "İTAR-TASS"-ın məlumatına görə, 200-300 nəfərdən ibarət kütlə Bişkekin böyük "Dordoy" Mərkəzi Asiya bazarına soxularaq, satışa qoyulan malları talan etməyə başlamışlar. Qırğızıstan Bazarlar Assosasiyasının prezidenti Sergey Ponomaryovun dediyinə görə, bazara soxulan çoxsaylı talançıların qarşısını almaq üçün hadisə yerinə böyük miqdarda mühafizə dəstəsi yeridilir. Son günlərdə bir qrup şəxs Bişkek ətrafında yerləşən torpaq sahələrini ələ keçirməyə cəhd etmişlər.

Digər xəbərlər