PDF Oxu

Dünya

  • 10

Britaniya mühafizəkarlarının lideri debatlarda rəqiblərinə uduzub

Britaniya mühafizəkarlarının lideri debatlarda rəqiblərinə uduzub
"Tayms" qəzetinin yazdığına görə, Böyük Britaniya Mühafizəkarlar Partiyasının lideri Devid Kemeron teledebatlarda opponentlərinə uduzduqdan sonra, siyasi təşviqat taktikasını dəyişmiş və rəqibləri olan liberal-demokratları və leyboristləri kəskin tənqid atəşinə tutmuşdu. Xatırladırıq ki, aprelin ortalarında keçirilən teledebatlarda Liberal-Demokratlar Partiyasının lideri Nik Kleqq qalib gəlmişdir.
"Youtube"yə müsahibə verən Kemeronun dediyinə görə, ölkədə real dəyişikliklər o zaman aparılacaqdır ki, Mühafizəkarlar Partiyası əksər səs çoxluğu qazanmış olsun. Onun fikrincə, digər hallarda Böyük Britaniyada "köhnə siyasət" yürüdüləcək və heç bir müsbət dəyişiklik baş verməyəcəkdir.
Böyük Britaniya parlamentinin aşağı palatasına seçkilər mayın 6-da başlayacaqdır. "Qardian" qəzetinin keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən, ölkə seçicilərinin 33 faizi seçkilərdə Mühafizəkarlar Partiyasını dəstəkləyəcəklərini bildirir. Rəy sorğusunun nəticələrinə görə, ikinci yeri liberal-demokratlar tutur. Ölkənin hazırkı baş naziri Qordon Braunun başçılıq etdiyi Leyboristlər Partiyası üçüncü yerlə kifayətlənmişdir. 1984-cü ildən sonra bu partiya ilk dəfədir ki, iki pillə aşağı yuvarlanmışdır.
Rəy sorğusunun nəticələrinə görə, 326 nəfərlik parlament kreslosunun 275-ni leyboristlər tutacaqdır. İcmalar Palatasındakı 245 yer mühafizəkarlara, 99 kreslo isə liberal-demokratlara çatacaqdır.

Digər xəbərlər