PDF Oxu

Dünya

  • 14

Tayland hərbçiləri Banqkokun işgüzar mərkəzini öz nəzarəti altına götürüb

Tayland hərbçiləri Banqkokun işgüzar mərkəzini öz nəzarəti altına götürüb
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, aprelin 19-da Tayland ordusu etiraz aksiyası keçirənlərdən ehtiyat edərək, Banqkokun maliyyə mərkəzini öz nəzarəti altına götürmüşdür.Bir müddət əvvəl müxalifətçilər şəhərin məhz fövqəladə rejim tətbiq olunmuş bu hissəsində yürüş keçirmək istədiklərini bildirmişdilər.
Tayland silahlı qüvvələrinin nümayəndəsi demişdir ki, müxalifətçilərin Banqkokun maliyyə mərkəzini ələ keçirməyə cəhd edəcəkləri təqdirdə, hərbçilər güc tətbiq etməli olacaqlar. Onun dediyinə görə, nümayişçilərin hərəkət etdikləri məntəqələrin hamısı tezliklə hərbçilərin nazərəti altına keçəcəkdir.
İlkin məlumatlara görə, Tayland hərbçiləri "üçüncü ölkənin" silahlı təxribat törətməsindən ehtiyat edirlər. Taksin Çinavatın tərəfdarları hərbçilərə qarşı ölçü götürməyə hazır olduqlarını bəyan etmişlər. Aprelin 7-də müxalifətçilər parlament ərazisinə girməyə nail olmuşlar. Bundan sonra, paytaxtda fövqəladə vəziyyət elan edilmişdir. Baş vermiş qarşıdurma nəticəsində 24 nəfər həlak olmuş, 800 nəfər yaralanmışdır. Taylandda vəziyyət 2006-cı ildə törədilmiş hərbi çevriliş nəticəsində hazırda iqtidarda olan baş nazir Apxisit Vetçaçiva hakimiyyətə gəldikdən sonra gərginləşməyə başlamışdır. 2009-cu ilin aprelində ölkədə kütləvi etiraz aksiyası başlanmışdır. T.Çinavatın tərəfdarları olan "qırmızıköynəklilər" parlamentin buraxılmasını və növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər. Martın 12-də yüz min nəfərə yaxın müxalifətçi paytaxt Banqkoka gəlib orada kütləvi etiraz aksiyası keçirməyə başlamışdır. Nümayişlər bir aydan artıqdır ki, davam edir. Şəhərə 50 min nəfərə yaxın polis və hərbçi kontingenti yeridilmişdir.

Digər xəbərlər