PDF Oxu

Dünya

  • 11

Moldovanın Qələbə Paradında iştirakdan imtina etməsinin səbəbi Rumıniya ilə həmrəyliyi ilə əlaqədardır

Moldovanın Qələbə Paradında iştirakdan imtina etməsinin səbəbi Rumıniya ilə həmrəyliyi ilə əlaqədardır
"Kommersant" qəzetinin aprelin 19-da yazdığına görə, Moldovanın Moskvada keçiriləcək Qələbə Paradında iştirakdan imtina etməsinin səbəbi Rumıniyanın bu tədbirdə iştirak etməməsi ilə əlaqədardır. Bir müddət əvvəl, Moldovanın müdafiə naziri Vitali Marinutse ölkənin rədd cavabını ağır iqtisadi vəziyyətlə əlaqələndirmişdir. Rusiya diplomatları Moldova nümayəndəliyinin Moskva səfərinin xərcini ödəməyə hazır olduqlarını bildirmişlər. Onlar Moldovanın paradda iştirakının rəmzi xarakter daşıyacağını vurğulayırdılar. Qəzet belə hesab edir ki, Moldova rəhbərliyi Rumıniya nümayəndəliyinin parada dəvət edilməməsini mənfi hal kimi qiymətləndirmişdi. Rumıniyanın Qələbə Paradına dəvət edilməməsinin səbəbi 1944-cü ildə bu ölkə ordusunun faşist Almaniyası tərəfində olması ilə əlaqədar olmuşdur. Son vaxtlar Rumıniya Moldovanın vacib partnyoru kimi çıxış etməkdədir. Yanvarın axırlarında Rumıniya Kişinyova 100 milyon avro məbləğində qrant ayırmışdır. Bir müddət əvvəl, respublikalar arasında isti münasibətlərin yaranması ilə əlaqədar viza rejimi müəyyən edilmiş, sərhəd boyu uzanan tikanlı məftillər aradan götürülmüşdür.

Digər xəbərlər