PDF Oxu

Dünya

  • 7

Böyük Britaniya ilk seçkiönü tetelebatlarında autsayder qələbə qazanıb

Böyük Britaniya ilk seçkiönü tetelebatlarında autsayder qələbə qazanıb
"Sku Nyus" telekanalının məlumatına görə, Böyük Britaniya tarixində ilk dəfə olaraq seçkiönü teledebatlar başlanmışdır. Tamaşaçıların verdikləri səsvermə zamanı Liberal-Demokrat Partiyasının lideri Nik Kleqq qalib gəlmişdir.
O, üç müxtəlif sorğu nəticəsində 10 min nəfərin iştirak etdiyi səsvermə zamanı daha çox səs faizi (37, 51 və 43) qazanmağa nail olmuşdur. N.Kleqq Mühafizkarlar Partiyasının lideri Devid Kemeron və iqtidarda olan baş nazir və Leyboristlər Partiyasının lideri Qordon Braunu qabaqlamışdır.
Teledebatlar zamanı liderlər müxtəlif siyasi və sosial məsələləri müzakirə etmişlər. Başlıca müzakirə mövzusu səhiyyə və sosial, vergi, nüvə silahı, ordu, təhsil qanunvericilik məsələləri və beynəlxalq əlaqə münasibətləri olmuşdur. "Qardian" qəzetinin yazdığına görə, N.Kleqq bir vacib məsələyə toxunmuşdur. Həmin məsələlərin mahiyyəti ondan ibarət olmuşdur ki, Britaniya seçiciləri iki başlıca partiya arasında seçim etmədiklərini yaxşı bilirlər.
"Sku Nyus" və "İTV" telekanalları vasitəsilə translyasiya edilən diskussiya 90 dəqiqə davam etmişdir. Növbəti teledebatlar aprelin 22 və 29-da keçiriləcəkdir. Başlıca mövzu iqtisadiyyat olacaqdır.
Hazırkı teledebatlarda seçicilərin populyarlığını 36 faiz səs qazanmış Mühafizəkarlar Partiyası birinci, 33 faiz səs qazanmış Leyboristlər Partiyası ikinci, 21 faiz səs qazanmış Liberal-Demokratlar Partiyası isə üçüncü yeri tutmuşdur.

Digər xəbərlər