PDF Oxu

Dünya

  • 4

Branderbuqun baş naziri İsrailə piyada gəlib

Branderbuqun baş naziri İsrailə piyada gəlib
"Şpigel" qəzetinin yazdığına görə, İsrail sərhədçiləri Ramalladan İordan çayının Qərb sahilinə qayıtmaq istəyən Branderburqun baş naziri Mattis Platseki və başçılıq etdiyi nümayəndə heyətini İsrail ərazisinə keçməsinə maneçilik törətmişdir. Qəzetin məlumatına görə, səbəb baş nazirin xidməti sürücüsünün fələstinli olması ola bilərdi. Nəticədə baş nazir avtomobildən düşüb sərhədi piyada keçməli olmuşdur. Burada o, digər Almaniya nümayəndələri ilə avtobusa minib yolunu davam etdirmişdir. M.Platsek Ramallada Branderburq torpağı və Fələstin Muxtariyyəti ilə iqtisadi əməkdaşlıq məsələlərinə həsr edilmiş danışıqlar aparırdı. Branderburq nümayəndə heyətinə avtomobil kortejini Fələstin ərazisində olan Almaniya nümayəndəliyi vermişdir.

Digər xəbərlər