PDF Oxu

Dünya

  • 5

"Qırmızıköynəklilər" polis generalını girov götürüb

"Qırmızıköynəklilər" polis generalını girov götürüb
"Assoşieyted Press" informasiya agentliyinin aprelin 16-da yaydığı məlumata görə, Tayland müxalifəti iki yüksək vəzifəli polis zabitini girov götürmüşdür. Ölkə polisinin məlumatına görə, "qırmızıköynəklilər" bir polkovnik və bir general-mayoru "SC Park" otelində girov götürmüşlər. Hazırda Demokratiyanı Diktaturadan Müdafiə Cəbhəsinin (UDD) 6 başçısının olduğu otel xüsusi xidmət dəstəsi tərəfindən mühasirəyə alınmışdır. "Qırmızıköynəklilər" həbsdən yaxa qurtarmağa nail olmuşlar. Onların bir neçəsi pəncərədən aşağı salladıqları kəndir nərdivandan enərək, bir neçəsi isə pəncərə yaxınlığındakı ağaca çıxaraq, aradan çıxmışlar. Tayland hökuməti girov götürülmüş zabitlərin müxalifət lideri Arisman Ponreunronun tərəfdarlarının əlində olduğunu bildirir. Polis generallarının həbsində başlıca məqsəd "müxalifətçilərin təhlükəsizliyini təmin etmək" olmuşdur. Banqkok küçələrində uzun aylar boyu davam edən etiraz aksiyaları martın ortalarında yenidən dalğalanmağa başlamışdır. Müxalifətçilər baş nazir Apxisit Vetçaçivanın istefa verməsini, parlamentin buraxılmasını və dərhal növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər. Aprelin 7-dən Bankokda fövqəladə vəziyyət elan edilmişdir. 10-11 apreldə "qırmızıköynəklilər" və polis arasında baş vermiş toqquşma nəticəsində 21 nəfər həlak olmuş, 800 nəfərdən çox adam yaralanmışdır.

Digər xəbərlər