PDF Oxu

Dünya

  • 7

Yaponiya Obamadan xahiş edib ki, öz hərbi bazalarını onların adalarında quraşdırmasın

Yaponiya Obamadan xahiş edib ki, öz hərbi bazalarını onların adalarında quraşdırmasın
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Yaponiyanın Tokunosima adasının üç şəhərinin meri ABŞ prezidenti Barak Obamaya məktub ünvanlayaraq xahiş etmişdir ki, Okinavadakı hərbi bazalarını onların adalarına köçürməsin. Məktubda deyilir ki, ada əhalisi ABŞ hərbi bazasının burada yerləşdirilərək, onu bu formada gənc nəsillərinə ötürmək istəmir. Hər üç şəhər meri aprelin 17-də ada əhalisinin üçdə birinin iştirakı ilə etiraz aksiyası keçirməyi planlaşdırır. Nümayişdə on min nəfərdən çox adamın iştirak edəcəyi gözlənilir.
ABŞ Okinavada yerləşdirdiyi hərbi bazanı köçürəcəyi haqda qərarı 2006-cı ildə ada əhalisinin narazılığından sonra qəbul etmişdir. Əvvəllər ABŞ hərbi bazasını Okinava adası yaxınlığında süni hazırlanmış adada yerləşdirmək planlaşdırırdı. O vaxt ada administrasiyası bu planın əleyhinə çıxmışdı. Sonralar belə qərara alındı ki, ABŞ hərbçiləri Naqo şəhərinə dislokasiya olunsun. 2010-cu ilin yanvarında seçilmiş şəhər meri və əhali bu təklifi rədd etmişdir.
Yaponiya hökuməti ABŞ hərbi bazasını məhz hansı adada yerləşdirəcəyi haqda konkret qərar qəbul etməmişdir. Bununla belə ehtimal olunur ki, ABŞ hərbi bazası Okinavadan Tokunosima adasına köçürülsün. Xatırladırıq ki, bu ada Şimali Koreya yaxınlığındakı Tayvan boğazında yerləşir. Hazırda Okinava hərbi bazasında 20 min nəfərə yaxın Yaponiya hərbi-hava qüvvələrinin hərbi qulluqçuları və ABŞ-ın dəniz piyadaları yerləşir.

Digər xəbərlər