PDF Oxu

Dünya

  • 8

Bakiyevin keçirdiyi mitinqdə onun tərəfdarları və əleyhdarları arasında toqquşma baş verib

Bakiyevin keçirdiyi mitinqdə onun tərəfdarları və əleyhdarları arasında toqquşma baş verib
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Qırğızıstanın Oş şəhərinin mərkəzi meydanında devrilmiş ölkə prezidenti Kurmanbek Bakiyevin tərəfdarları və əleyhdarları arasında toqquşma baş vermişdir. Qarşıdurma səhnəsi K.Bakiyev mitinqə gəldikdən sonra başlanmışdır. Meydanda bir neçə atəş də açılmışdır. Şahidlərin dediklərinə görə, K.Bakiyevin mühafizəçiləri nümayişçilərin devrilmiş prezidentə yaxınlaşmamaları üçün havaya boş patronlardan atəş açmışlar. Nəticədə, K.Bakiyev mitinqdə çıxış edə bilməmişdir. Bir qədər Oş dram teatrı binası qarşısında dayanan K.Bakiyev oradan uzaqlaşmağa məcbur olmuşdur. "İnterfaks"ın məlumatına görə, K.Bakiyevin əleyhdarları onu aparan maşının ardınca daş atmışlar. Bundan sonra, meydana toplaşan nümayişçilər tribunanı sındırmış və K.Bakiyevin tərəfdarları ilə əlbəyaxa olmuşlar.
"İnterfaks"ın məlumatına görə, meydanda K.Bakiyevi dəstəkləyən 500 nəfərə yaxın nümayişçi olmuşdur. Onun əleyhdarlarının sayı isə tərəfdarlarının sayından 8 dəfə çox olmuşdur.
Qırğızıstanda hakimiyyət dəyişikliyi aprelin 7-də kütləvi etiraz aksiyası nəticəsində baş vermişdir. Həmin vaxt 80 nəfərədək nümayişçi həlak olmuşdur. K.Bakiyev Bişkeki tərk etmək məcburiyyətində qalmışdı. Hakimiyyəti ələ keçirmiş müxalifət onu buraxmış, əvəzində, öz müvəqqəti hökumətlərini yaratmışdılar. K.Bakiyev prezident səlahiyyətlərindən imtina etməmişdir. O, aprelin 15-də Cəlalabadan Oş şəhərinə gəlmişdir.

Digər xəbərlər