PDF Oxu

Dünya

  • 5

Cakartada toqquşma nəticəsində 54 nəfər xəsarət alıb

Cakartada toqquşma nəticəsində 54 nəfər xəsarət alıb
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, aprelin 14-də İndoneziya paytaxtı Cakartada polislə şəhər əhalisi arasında toqquşma baş vermişdir. Toqquşma hakimiyyət dairələrinin islam alimlərindən birinin qəbirində abadlıq işləri aparılarkən baş vermişdir. Qarşıdurmada hər iki tərəfdən 2 min nəfərə yaxın adam iştirak edirdi. Yerli xəstəxanalardan birinin həkiminin məlumatına görə, qarşıdurma zamanı 54 nəfər xəsarət almışdır. "Metro TV" telekanalı iki nəfərin öldürüldüyünü bildirir. Polis nümayişçiləri qovarkən suatan qurğulardan, rezin güllələrdən və gözyaşardıcı qazlardan istifadə etmişlər. Etirazçılar bir neçə yük maşını və avtobusu yandırmış, yerli limanın işini dayandırmışlar. Agentliyin məlumatına görə, nümayişçilərin başında "İslam Müdafiəçiləri Cəbhəsi" İndoneziya radikal islam təşkilatı durmuşdur. İndoneziya paytaxtında nümayişlər hakimiyyət dairələrinin 18-ci əsr islam alimi Həbib Həsənin qəbirini köçürmələrinə etiraz əlaməti olaraq keçirilməyə başlanmışdır. Hakimiyyət dairələri isə qəbiri köçürmək yox, üzərində abadlıq işləri aparmaq istədiklərini bildirirlər.

Digər xəbərlər