PDF Oxu

Dünya

  • 8

Çində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 300 nəfərə çatıb

Çində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 300 nəfərə çatıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Çinin şimali-qərbində yerləşən Tsinxay əyalətində baş vermiş zəlzələ nəticəsində 300 nəfər həlak olmuş, 8 min nəfər müxtəlif bədən xəsarəti almışdır. Zərərçəkənlərin böyük əksəriyyəti Tibetlə sərhəd bölgələrində yerləşən dağlıq ərazilərdə uçmuş evlərin altında qalmışlar. Tsinxay əyalətində yerli vaxtla saat 7.49 radələrində baş vermiş zəlzələnin maqnitudası 6,9-7,1 hədləri arasında olmuşdur. Zəlzələnin episentri Qolmut şəhərinin 380 kilometrliyində müşahidə edilmişdi. Zəlzələdən sonra maqnituda hədləri 6,3-ə çatan daha bir neçə yeraltı təkan müşahidə edilmişdir. Tszequ şəhərində evlərin 85 faizi dağıdılmışdır. Zəlzələnin nəticələrini aradan qaldırmaq üçün hadisə yerinə 1700 nəfər xilasedici və polis əməkdaşları göndərilmişdi. Dağılmış binaların altından 900 nəfərdək adam xilas edilmişdir. Çində son zəlzələ 2009-cu ilin avqustunda Tsinxay əyalətində baş vermişdir. Maqnituda gücü 6,2 həddində olan zəlzələ böyük dağıntılara və sürüşmələrə səbəb olmuşdur.

Digər xəbərlər