PDF Oxu

Dünya

  • 14

Polşa deputatı Rusiyadan üzr istəyib

Polşa deputatı Rusiyadan üzr istəyib
"Hüquq və Ədalət" Partiyasının Polşa parlamenti təmsilçisi Artur Qurski Rusiyanı Polşa prezidenti Lex Kaçinskinin ölümü ilə bağlı informasiyaları gizlətməkdə ittiham etdiyi üçün bu ölkə rəhbərliyindən üzr istəmişdir. A.Qurski Smolensk yaxınlığında baş vermiş təyyarə qəzası ilə əlaqədar aprelin 12-də "Nasz Dziennik" qəzetinə verdiyi müsahibədə "Rusiyanın polyakları aldatdıqlarına" əmin olduğunu ifadə etmişdir: "Rusiya tərəfin verdiyi rəsmi məlumatların hamısı xüsusi xidmət orqanları tərəfindən nəzarətə götürülür. Bundan başqa, Rusiya rəsmiləri, baş vermiş təyyarə qəzası haqda Polşa kütləvi informasiya vasitələrinin məlumatlarını havada qapdıqları təşviqat maşınlarını işə salmışlar. Çünki bu versiya onları təmin edir".
Bayaq qeyd etdiyimiz kimi, bir müddət sonra, A.Qurski Polşanın "Nasz Dziennik" və Rusiyanın "Novıye İzvestiya" qəzetlərində dediyi sözlərə görə üzr istəmişdir: "Məni başa düşməyinizi xahiş edirəm. Mən bu müsahibəmi qəza baş verdikdən bir neçə saat sonra vermişəm. Həmin vaxt mən dərin stress vəziyyətində olmuşam."
Lex Kaçinskinin Smolensk aeroportuna doğru kurs götürən təyyarə aprelin 10-da qəzaya uğramışdır. Təyyarədə Polşa prezidentindən başqa, onun xanımı və 90 nəfərdən çox ölkə rəsmiləri olmuş və hamısı da həlak olmuşdur.

Digər xəbərlər