PDF Oxu

Dünya

  • 14

Çin ABŞ-ın İran üzərinə tətbiq etdiyi yeni sanksiyanı dəstəkləyir

Çin ABŞ-ın İran üzərinə tətbiq etdiyi yeni sanksiyanı dəstəkləyir
"Şpigel" qəzetinin yazdığına görə, Çin hökuməti ABŞ-ın İran üzərinə tətbiq edəcəyi yeni sanksiyaları dəstəkləyəcəyini bildirmişdir. Bu məlumatı ABŞ prezidenti Barak Obamanın Şərqi Asiya üzrə müşaviri Ceff Bayder yaymışdır. Onun dediyinə görə, ABŞ prezidenti Barak Obama və Çin lideri Xu Tszintao arasında beynəlxalq Vaşinqton sammitində gedən danışıqlar bu nəticəyə gəlməyə zəmin yaratmışdır. Görüş zamanı B.Obama İran üzərinə yeni sanksiyaların tətbiqini vacib hesab etdiyini bildirmiş və Çin tərəf bu fikri dəstəklədiyini bildirmişdir. C.Baydenin dediyinə görə, ABŞ və Çin nümayəndələri yeni sanksiyaların əsasnamə layihəsini birgə hazırlayacaqlar. Razılaşmanın konkret detalları haqda açıqlama verilmir.
Xatırladırıq ki, Çin BMT-nin Təhlükəsizlik Şurasında İranın üzərinə qoyulan sanksiyalar əleyhinə veto hüququndan dəfələrlə istifadə etmişdir. "Şpigel"in yazdığına görə, son vaxtlar Pekin bu yöndəki mövqeyini dəyişməyə qadir olduğunu bildirmişdir.
Rusiya prezidenti Dmitri Medvedev İranın energetik sektoru əleyhinə yeni sanksiyaların tətbiqinin çox təhlükəli olduğunu bəyan etmişdir. Rusiya prezidenti tətbiq edilən yeni sanksiyaların İranın həyat səviyyəsini aşağı salacağından ehtiyat edir.

Digər xəbərlər