PDF Oxu

Dünya

  • 7

Qırğızıstan hökuməti "siyasətlə bağlı işlərə" yenidən baxacaq

Qırğızıstan hökuməti "siyasətlə bağlı işlərə" yenidən baxacaq
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Qırğızıstanın yeni hökuməti siyasi motivlər üzrə qaldırılmış cinayət işlərinə yenidən baxmağı nəzərdə tutur. Ölkənin müvəqqəti baş nazir müavini Azimbek Beknazarov məlumatın doğruluğunu təsdiq etmişdir. A.Beknazarov müvəqqəti hökumətin ali məhkəmənin sədri Camyul Əliyevi istefaya göndərdikdən sonra bu bəyanatı yaymışdır. Ali məhkəmənin başçısı səlahiyyətlərini məhkəmə sədrinin müavini Kubanıçbek Mombekov icra edəcəkdir. Aprelin 13-də yeni müvəqqəti hökumətin Qırğızıstanın Konstitusiya Məhkəməsini də buraxdığı haqda xəbər yayılmışdır. Ölkə parlamenti də buraxılmışdır. Qırğızıstanda hakimiyyət dəyişikliyi baş verdikdən sonra prezident Kurmanbek Bakiyevə müxalif olan bəzi siyasətçilər azadlığa buraxılmışlar. Onların içərisində 8 il azadlıqdan məhrum edilmiş keçmiş müdafiə naziri İsmail İsakov da vardır.

Digər xəbərlər