PDF Oxu

Dünya

  • 7

İsrail hərbçilərinə fələstinliləri Qərb sahilindən köçürmək icazəsi verilib

İsrail hərbçilərinə fələstinliləri Qərb sahilindən köçürmək icazəsi verilib
"Haaretz" qəzetinin yazdığına görə, İsrail hökumətinin verdiyi yeni hərbi sərəncamda fələstinliləri İordan çayının Qərb sahilindən deportasiya etmək və ya onları 7 il müddətinə azadlıqdan məhrum etmək hüququ verilmişdir. Sərəncamın məqsədi Qərb sahili ərazisinə qeyri-qanuni yolla keçməyin qarşısını almaqdır. Ancaq qəzetin yazdığına görə, qanun qüvvəyə mindikdən sonra burada yaşayan on minlərlə fələstinli, faktik olaraq, deportasiya edilmək və ya azadlıqdan məhrum edilmək kimi təzahürlə üzləşəcəkdir.
Sərəncamın gələn həftə qanuni qüvvəyə minəcəyi gözlənilir. Həmin vaxt İordan çayının Qərb sahilində yaşayan şəxslər İsrail hökuməti tərəfindən diversant kimi qiymətləndiriləcəkdir. Həmin ərazi İsrail Müdafiə Ordusunun nəzarəti altında olacaqdır.
Yarım il əvvəlİsrail Müdafiə Ordusu komandanlığı tərəfindən imzalanmış analoji sərəncam ölkənin hüquq-müdafiə təşkilatlarının sərt tənqidi ilə üzləşmişdi.
"Haaretz" qəzeti yazır ki, Yerusəlim dairə şəhər tikinti komitəsi artıq bir aydır ki, nəhəng obyektlərin tikintisinə icazə vermir. Komitə əməkdaşları bu addımları ilə İsrail və ABŞ arasında yaranmış gərginliyi səngitmək istəyir. Hadisələrin gedişi göstərir ki, İsrail hökuməti ABŞ-ın vitse-prezidenti Co Baydenin may səfərindən sonra ibrət dərsi götürmüşdür. Mart ayında ABŞ-ın kəskin etirazından sonra Şərqi Yerusəlim ərazisində 1600 yaşayış məskəninin tikintisi dayandırılmışdır.

Digər xəbərlər