PDF Oxu

Dünya

  • 6

Bakiyev yeni hökuməti bandit hökuməti adlandırıb

Bakiyev yeni hökuməti bandit hökuməti adlandırıb
"Fərqanə.Ru" informasiya agentliyinin yaydığı məlumata görə, Qırğızıstan prezidenti Kurmanbek Bakiyev aprelin 12-də Cəlalabad vilayətində tərəfdarlarının keçirdiyi mitinqdə çıxış etmişdir. O, opponentləri tərəfindən yaradılmış müvəqqəti hökumətin legitimliyini qəbul etdiyini bildirmişdir. K.Bakiyev yeni hökumət nümayəndələrini "banditlər və qatillər" kimi xarakterizə etmişdir. O, son günlərdə baş vermiş hadisələrdə heç bir günahının olmadığını bildirmişdir. "Əgər günahkar olsaydım, çoxdan qaçıb getmişdim" deyə K.Bakiyev bildirmişdir.
Agentliyin məlumatına görə, mitinqə 2 min nəfərə yaxın adam yığışmışdır. Mitinqdə onunla yanaşı, 3 qardaşı da iştirak edirdi. Ölkənin dövlət mühafizə xidmətinin keçmiş rəhbəri işləyən Janış Bakiyev müvəqqəti hökumət tərəfindən axtarılır. O, aprelin 7-də hökumət binasına hücum edən üsyançılara atəş açmaq əmrini vermişdi. "24.kq" informasiya agentliyinin məlumatına görə, müvəqqəti təyin edilmiş baş nazir Almaz Atambayev aprelin 12-də K.Bakiyevin həbs edilməsi ilə əlaqədar əməliyyat keçiriləcəyini bəyan etmişdir. K.Bakiyevin qardaşı Janış Bakiyev ölkə daxilində vətəndaş müharibəsinə başlamayacağını bildirmişdir. Onun dediyinə görə, dövlət mühafizə xidməti prezidentin təhlükəsizliyinə təminat verir. "AKİ Press" informasiya agentliyinin yaydığı məlumata görə, ölkənin yeni rəhbəri A.Atambayev Rusiyanın Qırğızıstana 150 milyon dollar maliyyə yardımı göstərəcəyini bildirmişdir.

Digər xəbərlər