PDF Oxu

Dünya

  • 10

Gürcüstan ziyarətçiləri İsraildən sığınacaq istəyib

Gürcüstan ziyarətçiləri İsraildən sığınacaq istəyib
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Gürcüstandan İsrailə getmiş bir qrup şəxs ölkə rəhbərliyindən siyasi sığınacaq istəmişdir. "Ediot Axronot" qəzetinin yazdığına görə, Gürcüstan vətəndaşları İsrailin müqəddəs məbədlərini ziyarət etmək üçün gəlmişlər. Nəşrin yazdığına görə, həmin şəxslər kifayət qədər varlıdırlar və bahalı otellərdə qalırlar.
Xüsusi avtobusa minən Gürcüstan vətəndaşları miqrasiya xidmətinə yollanıb, əməkdaşlardan siyasi sığınacaq istəmişlər. Qəzetin yazdığına görə, onların sayı 50 nəfərdir. Gürcüstanın İsraildəki konsulu İrakli Advadzenin dediyinə görə, həmvətənlərinin xahişlərinə üç ay ərzində baxılacaqdır.

Digər xəbərlər