PDF Oxu

Dünya

  • 12

Braziliya daşqınlarının qurbanlarının sayı 224 nəfərə çatıb

Braziliya daşqınlarının qurbanlarının sayı 224 nəfərə çatıb
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, Braziliyada baş verən daşqınlar 224 nəfərin həyatına son qoymuşdur. Bu məlumatı Rio-de-Janeyro yanğın xidmətinin əməkdaşları yaymışlar. Aprelin 9-da yerli hökumət 212 nəfərin həlak olduğu haqda məlumat vermişdi. Braziliyada leysan yağışlar uzun müddətdir ki, davam etməkdədir. 6-7 apreldə Rio-de-Janeyro rayonlarından birində leysan yağışları sürüşmə törətmişdi. Paytaxtın 14 kilometrliyində yerləşən Niteroy şəhərində güclü sürüşmə baş vermişdir. Sel sularının və sürüşmələrin qarşısını almaq üçün daxili qoşunların əsgərləri cəlb edilmişdir. Paytaxt meri Eduard Paeş təbii fəlakətlə əlaqədar əhalinin təhlükəsiz yerə köçürülməsinə sərəncam vermişdir. Onun dediyinə görə, şəhər hökuməti 2 min nəfərə yaxın ailəni təhlükəsiz zonaya köçürəcəkdir. O, hər bir ailəyə 141 dollar yardım ediləcəyini bildirmişdi. Merin dediyinə görə, hazırda "risk zona"sında 10 min nəfərə yaxın adam yaşayır.

Digər xəbərlər