PDF Oxu

Dünya

  • 15

"Əl-Kaidə" Bağdaddakı partlayışın məsuliyyətini öz üzərinə götürüb

"Əl-Kaidə" Bağdaddakı partlayışın məsuliyyətini öz üzərinə götürüb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, "Əl-Kaidə"nin İraqdakı şöbəsi olan "İraq İslam Dövləti" təşkilatı aprelin 4-də Bağdadda törədilmiş üç terror aktının məsuliyyətini öz üzərinə götürmüşdür. Təşkilatın internet saytında yerləşdirdiyi məlumatda deyilir ki, aprelin 4-də törədilmiş partlayış nəticəsində "İraq İslam Dövləti" təşkilatı 40 nəfərin həlak olmasına, 200 nəfərin yaralanmasına rəvac vermişdir.
Bəyanatda deyilir ki, təşkilat 2009-cu ilin ortalarından başlayaraq, hücumunun "beşinci dalğası"nı daha kəskin tərzdə davam etdirəcəkdir.
Terror aktları Bağdadın İran, Misir və Almaniya səfirliklərinin binaları yaxınlığında törədilmişdir. İspaniya və Suriya nümayəndəlikləri Almaniya səfirliyi yaxınlığında yerləşdiyindən, bu ərazilərə də hücum edilməsi başlıca vəzifə olmuşdur. Kamikadzelər tərəfindən idarə edilən avtomobillər səfirlik binaları qarşısında eyni vaxtda partladılmışdır.
Aprelin 6-da Bağdadda yeni terror aktı törədilmişdir. Bağdadın bir neçə yaşayış massivində 6 partlayıcı qurğu işə salınmışdır. Partlayışlar nəticəsində 34 nəfər həlak olmuş, 100 nəfərdən çox adam yaralanmışdır.

Digər xəbərlər