PDF Oxu

Dünya

  • 5

Tayland parlamentinə hücum edənlərin həbsinə başlanılıb

Tayland parlamentinə hücum edənlərin həbsinə başlanılıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Tayland məhkəməsi müxalifət koalisiyasının 7 nümayəndəsinin həbsinə order imzalamışdır. Həmin şəxslər parlamentin binasına hücum etməkdə ittiham olunurlar. "Qırmızıköynəklilər"dən biri olan Arisman Ponreunron 2009-cu ildə ASEAN sammitində qanun pozuntusunun təşkilində iştirak etmişdir.
Demokratiyanı Diktaturadan Müdafiə edən Cəbhə Birliyi (UDD) Taylandın baş naziri Apxisit Vetçaçivanın istefasını tələb edir. "Qanuni hakimiyyət zoraki metodlarla ələ keçirmək istəyən "qırmızıköynəklilər"in liderləri həbs ediləcəkdir. Ümid edirik ki, etiraz nümayişlərinə çıxan bir çox narazıları öz fikirlərindən döndərməyə nail olacağıq" deyə baş nazir A.Vetçaçiva bildirmişdir. Taylandda nümayişlərin yeni dalğası 2009-cu ilin axırlarında başlanmış, martda isə özünün pik nöqtəsinə çatmışdır. Çoxminli etiraz aksiyasının tərəfdarları ölkənin keçmiş baş naziri Taksin Çinavatı dəstəkləyirlər. Onlar növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb kimi ortaya atmışlar. "Qırmızıköynəklilər" aprelin 7-də Banqkokun mərkəzini ələ keçirmiş və parlament binasına soxulmuşlar. Bundan sonra ölkənin baş naziri paytaxtda və onun ətraf bölgələrində fövqəladə vəziyyət elan etmişdir.

Digər xəbərlər