PDF Oxu

Dünya

  • 5

Çində 3 yapon narkotika ticarətçisi edam edilib

Çində 3 yapon narkotika ticarətçisi edam edilib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, aprelin 9-da Çində narkotika qaçaqmalçılığında ittiham edilən 3 Yaponiya vətəndaşı edam edilmişdir. Teruo Takeda, Xironori Ukai və Kotsuo Mori müxtəlif vaxtlarda Çin ərazisində narkotik maddə satışında şübhəli bilinərək həbs edilmişlər. 48 yaşlı Xironori Ukai 2003-cü ilin sentyabrında Çini Dalyan şəhəri aeroportunda həbs edilmişdir. Onun üstündə 1,5 kiloqram narkotik maddə olmuşdur. 67 yaşlı Katsuo Mori Çinin hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən bir neçə ay əvvəl əlində 1,25 kiloqram narkotik maddə tutulmuşdur. Teruo Takedanın həbsi haqda müfəssəl məlumat verilmir. Aprelin 6-da Çində 65 yaşlı Yaponiya vətəndaşı Mitsunobu Akano edam edilmişdir. O, 2006-cı ildə Yaponiyaya 2,5 kiloqram narkotik maddə ötürmək istərkən həbs edilmişdir.

Digər xəbərlər