PDF Oxu

Dünya

  • 11

Qırğızıstan polisi müxalifətin tərəfinə keçdi

Qırğızıstan polisi müxalifətin tərəfinə keçdi
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Qırğızıstan milisi öz başçıları Roza Otunbayeva ilə birlikdə xalq etimad hökumətinin tərəfinə keçmişdir. Qırğızıstan Nazirlər Kabinetinin Daxili İşlər Nazirliyinin müvəqqəti naziri Bolodbek Şerniyazov məlumatın dürüstlüyünü təsdiq etmişdir. "Milis xalqın nəzarəti altına keçmişdir. Ölkənin silahlı qüvvələri və Daxili İşlər Nazirliyi onların təhlükəsizliyini təmin etməyə hazırdır" deyə nazir bildirmişdir. Aprelin 8-də Qırğızıstan ordusu da müxalifətin tərəfinə keçmişdir. B.Şerniyazovun dediyinə görə, o, Bişkek milisinin rəisindən başqa, digər rəhbərlərin hamısını öz postlarında saxlamışdır. Hazırda milis idarəsinin başında Bişkek komendantı təyin edilmiş istefada olan polkovnik Turat Madalbekov durur. Aprelin 7-də Qırğıstan hökuməti müxalifətin təzyiqi altında istefaya getmiş və ölkədə yeni Nazirlər Kabineti yaradılmışdır. Müxalifətçilər Qırğızıstanın bir neçə şəhərində nəzarəti öz əllərinə keçirmişlər. "AKİ Press" agentliyinin məlumatına görə, ölkə prezidenti Kurmanbek Bakiyevin getdiyi Oş şəhərinə Kuşbak Tezekbayev qubernator təyin edilmişdir. O, 2005-ci il "zambaq inqilabı"nın liderlərindən biri olmuşdur. Batken vilayətində müxalifətçilərlə aparılan danışıqlardan sonra qubernator Aytibay Taqayev öz səlahiyyətlərindən imtina etmişdir. Onun yerinə müxalifətçi Karamat Orazov təyin edilmişdir. Belə ehtimal olunur ki, Qırğızıstanın Müvəqqəti Hökuməti bir il yarım işləyəcəkdir. Bu vaxt ərzində ölkənin yeni konstitusiyası qəbul ediləcəkdir. Qırğızıstanda qanun pozuntusu aprelin 6-da ölkənin şimalında yerləşən Talas şəhərində başlamışdır. Tezliklə müxalifət tərəfdarları Bişkekdə də mitinq keçirmiş, hökumət binalarını, aeroportu və digər dövlət müəssisələrini ələ keçirmişlər. Aprelin 7-də axşamdan başlayaraq, aprelin 8-də günün birinci yarsınadək xüsusi xidmət orqanı əməkdaşları 100 nəfərdən çox adamı öldürmüş, 500 nəfəri isə yaralamışlar.

Digər xəbərlər