PDF Oxu

Dünya

  • 8

Taylandın paytaxtında fövqalədə vəziyyət elan edilib

Taylandın paytaxtında fövqalədə vəziyyət elan edilib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Tayland paytaxtı və onun ətraf rayonlarında fövqalədə vəziyyət elan edilmişdir. Ölkənin baş naziri Apxisit Vetçaçiva müxalifətçilərin paytaxt Banqkokun mərkəzi hissəsini ələ keçirərək, parlament ərazisinə daxil olmalarından sonra bu addımı atmalı olmuşdur. "Elan olunmuş fövqalədə vəziyyət gərginliyin aradan qaldırılmasına zəmin yaradacaq və ölkənin normal həyat rejiminə qayıtmasına səbəb olacaqdır" deyə baş nazir bütün ölkəyə translyasiya edilən və televiziya ilə yaymlanan konfransda bəyan etmişdir. Bir müddət əvvəl, A.Vetçaçiva "qırmızıköynəklilər"lə birbaşa danışıqlar aparmağa cəhd etsə də, uğursuzluqla üzləşmişdir. "Qırmızıköynəklilər" adlanan müxalifətçilər Demokratiyanı Diktaturadan Müdafiə edən Birləşmiş Cəbhə (UDD) daxilində birləşərək, 2008-ci ildə ölkə hüdudlarını tərk etmiş keçmiş baş nazir Taksin Çinavatı dəstəkləyirlər. Üsyançılar növbədənkənar ümumxalq seçkilərinin keçirilməsini tələb edirlər.

Digər xəbərlər