PDF Oxu

Dünya

  • 13

Taliblər Pakistandakı ABŞ konsulluğuna hücum etmişlər

Taliblər Pakistandakı ABŞ konsulluğuna hücum etmişlər
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, "Taliban" hərəkatı üzvləri ABŞ-ın Pakistanın şimali-qərbində yerləşən Pişəvər şəhərindəki konsulluğuna hücum etmələri nəticəsində 6 nəfər həlak olmuşdur. Həlak olanların 4 nəfəri hücum edən taliblər, 1 nəfəri isə Pakistan polisi əməkdaşı olmuşdur. Həlak olmuş altıncı adamın şəxsiyyəti müəyyən edilməmişdir.
Artıq "Taliban" hərəkatı döyüşçüləri bu hücumun məsuliyyətini öz üzərlərinə götürmüşlər. Onların "Röyter" agentliyinə verdikləri bəyanatda deyilir: "Amerikalılar bizim qanlı düşmənlərimizdir. Biz onların Pişəvərdəki konsulluğuna hücum etmişik. Biz gələcəkdə də, onların bu və ya digər təşkilatlarına hücum etməyi planlaşdırırıq".
Aprelin 5-də taliblər ABŞ-ın Pişəvərdəki konsulluğunun binasını hücumla ələ keçirmək istəyirdilər. Binaya hücumu iki avtomobillə təşkil edən silahlı taliblər həyata keçirmişlər. Hücum zamanı konsulluğun binası yaxınlığında üç güclü partlayış törədilmişdir.
Pişəvər Pakistanın şimali-qərb sərhəd əyaləti və yerli tayfaların federal əraziləri hesab edilir. ABŞ bu ərazini "Əl-Kaidə"nin "ümumdünya mənzil-qərargahı" adlandırır.
Pişəvərdə baş vermiş partlayışlardan bir qədər əvvəl əyalətdə daha bir partlayış törədilmişdir. Aşağı Dir bölgəsində regionda iqtidarda olan Avami Milli Partiyasının keçirdiyi mitinqdə kamikadze partlayış törətmişdir. "Sku Nyus" agentliyinin məlumatına görə, partlayış nəticəsində 40 nəfərdən çox adam həlak olmuşdur.

Digər xəbərlər