PDF Oxu

Dünya

  • 11

Bağdadda üç terror aktı nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb

Bağdadda üç terror aktı nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, aprelin 4-də Bağdadın xarici ölkə səfirlikləri yaxınlığında baş vermiş üç partlayış nəticəsində həlak olanların sayı 42 nəfərə çatmışdır. "Röyter" agentliyinin məlumatına görə, partlayışlar nəticəsində 41 nəfər həlak olmuş, 200 nəfərdən çox adam yaralanmışdır. Həlak olanlar arasında xarici ölkə vətəndaşlarının olması haqda məlumat verilmir. Almaniyanın xarici işlər nazirinin "Röyter"ə verdiyi məlumata görə, onların Bağdaddakı səfirliyində işləyən bir iraqlı keşikçi həlak olmuşdur. "Röyter" agentliyi qeyd edir ki, İraqın hakimiyyət dairələri terrorçuların fəallaşmasını hazırkı vaxtda yeni hökumətin formalaşdırılması ilə əlaqələndirirlər. Məlum olduğu kimi, martın 7-də keçirilmiş parlament seçkilərindən sonra ölkədə yeni hökumətin formalaşdırılması prosesi gedir. "Assoşieyted Press" agentliyinin məlumatına görə, kamikadzelər tərəfindən idarə olunan üç avtomobil, praktik olaraq, eyni vaxtda İran, Almaniya və Misir hökumət nümayəndəlikləri yaxınlığında partladılmışdır. Agentlik qeyd edir ki, partlayışlardan biri İspaniya səfirliyinin binasına da zərər vurmuşdur. Hakimiyyət dairələrinin məlumatına görə, terrorçuların planlaşdırdıqları dördüncü partlayışın qarşısı alınmış və kamikadze həbs edilmişdir. Xatırladırıq ki, aprelin 4-də partlayışlardan əvvəl Bağdadın hökumət binalarının və xarici ölkə səfirliklərinin yerləşdiyi "yaşıl zona" minomyot atəşinə məruz qalmışdır. Həmin gün İraq paytaxtının başqa bölgəsində yol kənarına gizlədilmiş partlayıcı qurğu işə düşmüşdür. Nəticədə, 10 nəfər yaralanmışdır. Onların 5 nəfəri polis əməkdaşı, 5 nəfəri isə dinc əhali olmuşdur.

Digər xəbərlər