PDF Oxu

Dünya

  • 11

Timoşenko YTB-də "böyük təmizlik işi" aparıb

Timoşenko YTB-də "böyük təmizlik işi" aparıb
Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko öz bloqunda yerləşdirdiyi məlumata görə, təmsilçisi olduğu Yuliya Timoşenko Blokunda "böyük təmizlik işləri" aparmağa başladığını bildirmişdir. "Vəd edirəm ki, bu təmizlik işləri müstəqillik illəri ərzində Ukrayna siyasətində ən geniş təmizlik işləri kimi yadda qalacaqdır. Biz təsadüfən merkantil tərzdə komandamıza soxulan hər cür "ballastlardan, bataqlıqlardan və tör-töküntülərdən" təmizlənəcəyik" deyə Y.Timoşenko bildirmişdir. Onun dediyinə görə, YTB komandanı zəiflədən hər cür zərərli elementlərdən təmizləməlidir. Y.Timoşenko tərəfdarları sırasına "çirkli gölməçədə" üzmək istəməyən gənc qüvvələri cəlb edəcəyini bildirmişdir. O, əminlik ifadə etmişdir ki, "qısa müddətliyinə ölkəyə yapışmış azman dəstəyə" qarşı mübarizədə qalib gələcəkdir. O, Ukraynanın yeni rəhbərlərinin hakimiyyətdə uzun müddət qalacaqlarına inanmadığı bildirmişdir. Y.Timoşenkonun "böyük təmizlik" əməliyyatından sonra, Ali Radanın YTB fraksiyasının rəhbər müavini Andrey Portunov komandanın sıralarını tərk etmişdir. O, Y.Timoşenko üçün vacib rol oynayan məhkəmə proseslərini hüquqşünası kimi fəaliyyət göstərmişdi. Aprelin 2-dən etibarən A.Portunov YTB-nin siyasi rəqibi Viktor Yanukoviçin administrasiyasında işə başlamışdır. O, məhkəmə islahatları və gəmiqayırma məsələləri üzrə baş idarənin rəhbər müavini vəzifəsini icra edir. Ondan əvvəl bir neçə YTB deputatı müvafiq razılaşma sənədini imzaladıqdan sonra, iqtidarda olan koalisiya tərkibinə qoşulmuşdur.

Digər xəbərlər