PDF Oxu

Dünya

  • 14

Çində su basmış şaxtadan 114 nəfər çıxarılıb

Çində su basmış şaxtadan 114 nəfər çıxarılıb
"Suku Nyus" informasiya agentliyinin yaydığı məlumatına görə, Çinin Şansi əyalətində yerləşən su basmış kömür şaxtası altında bir həftədən artıq qalmış 114 şaxtaçı xilas edilmişdir. Onların hamısı həkim müayinəsindən keçmişdir. Həkimlərin dediklərinə görə, xilas edilmiş şaxtaçılarda gipotermiya, yəni bədənin soyuması əlamətləri, qan təzyiqinin aşağı düşməsi və dəri infeksiyası müşahidə edilməkdədir. Həkimlər bu əlamətləri uzun müddət su altında qalmaqla əlaqələndirmişlər. Şansi əyalətinin "Vantszyalin" kömür şaxtası martın 28-də su ilə dolmuşdur. İnsident şaxtaya qurunt sularının sızması nəticəsində baş vermişdir. Hadisə baş verən zaman şaxtanın dərinliyində 261 nəfər olmuşdur. Xilasedicilər onların 108 nəfərini bayıra çıxarmağa nail olmuşlar. 153 nəfər isə, yolu qapanmış şaxtanın dərinliyində qalmışdır. İlk xilas edilmiş şaxtaçılar haqda məlumat aprelin 5-də səhər yayılmışdır. Xilasedicilər əvvəlcə 9 fəhləni şaxtadan çıxarmağa nail olmuşlar. Bundan sonra, xilas edilənlərin sayı get-gedə artmağa başlamışdır. Yerli hakimiyyət dairələri bu xilasedicilik əməliyyatının uğurla nəticələndiyini bildirmişlər.

Digər xəbərlər