PDF Oxu

Dünya

  • 16

İsrail aviasiyası Qəzza bölgəsinə raket zərbəsi endirib

İsrail aviasiyası Qəzza bölgəsinə raket zərbəsi endirib
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, İsrailin hərbi-hava qüvvələrinə məxsus təyyarə və vertolyotlar aprelin 2-də Qəzza bölgəsi ərazisində yerləşən obyektlərə kütləvi aviasiya zərbələri endirmişdir.
Şahidlərin dediklərinə görə, İsrail aviasiyası Qəzza bölgəsinin Xan-Yunis şəhəri hüduduna 7 raket zərbəsi endirmişdir. Nəticədə iki karvan məhv edilmişdir. Beşinci raket mərmisi pendir hazırlayan zavoda düşərək yanmışdır. Yerli həkimlərin məlumatına görə, iki uşaq yüngül bədən xəsarəti almışdır. Bundan başqa İsrail vertolyotları Qəzza bölgəsinə daha iki raket atmışlar. Raket mərmiləri qaçqınlar düşərgəsi ərazisində yerləşən poladəritmə sexinə düşmüşdür.
İsrail ordusunun aviasiya zərbələri Fələstin tərəfindən atılan raket atəşinə cavab olmuşdur. Fələstin tərəfdən atılan son raket atəşi aprelin 1-də İsrail ərazisinə atılmışdır. Martın axırlarında İsrail ordusu Qəzza bölgəsinə tank və zirehli texnika çıxarmışdır. Bir qədər əvvəl Fələstin tərəf iki İsrail əsgərini qətlə yetirmişdi. Qəzza bölgəsinə daxil olmuş İsrailin hərbi texnikası Xan-Yunis ərazisini atəşə tutmuşdur. Hədəflər məhv edildikdən sonra İsrail hərbçiləri Qəzza bölgəsini tərk etmişlər.

Digər xəbərlər