PDF Oxu

Dünya

  • 11

İllinoysun yoxsul şəhərinin meri güllələnib

İllinoysun yoxsul şəhərinin meri güllələnib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ-ın İllinoys ştatının iqtisadi cəhətdən yoxsul olan Vaşinqton-Park şəhərinin meri güllələndikdən sonra xəstəxanaya çatdırılsa da, orada vəfat etmişdir. Yerli polisin ehtimalına görə, 52 yaşlı Con Tornton aprelin 1-də səhər tezdən işdən qayıdarkən sinəsindən iki güllə yarası almışdır. Qatillər haqda heç bir informasiya verilmir. C.Tornton 2009-cu ildə ikinci müddətə şəhər meri seçilmişdi. Onu zorakılıq əleyhinə etiraz marşında iştirakına görə tanıyırlar. 5300 nəfər əhalisi olan Vaşinqton-Park şəhəri büdcə kəsiri və yüksək cinayətkarlıq səviyyəsi ilə tanınır. İllinoys ştatının Sent-Kler dairəsində yerləşən bu şəhərin əhalisinin yarıdan çoxu 2000-ci ildən etibarən yoxsulluq həddində yaşayır. Vaşinqton -Park şəhərinin büdcə gəliri, əsasən, striptiz-klubların hesabına doldurulur. 2006-2007-ci illərdə şəhər büdcəsinin qarət edilməsi ilə əlaqədar Tornton merinin müavini və Vaşinqton-Park şəhərinin baş mühasibi, müvafiq olaraq, 1,5 və 3 il müddətinə azadlıqdan məhrum edilmişlər.

Digər xəbərlər