PDF Oxu

Dünya

  • 5

Qlobal istiləşmə haqqındakı mülahizələr əsaslıdır

Qlobal istiləşmə haqqındakı mülahizələr əsaslıdır
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Böyük Britaniya Parlament Komissiyası ölkə alimlərinin qlobal istiləşmə haqqındakı mülahizələrinin əsassızlığı haqqında heç bir fakt aşkar edə bilməmişdir. Bu nəticəyə 2009-cu ilin sonlarında "iqlimgeyt" haqda qalmaqaldan sonra daxil olmuş materiallar öyrənildikdən sonra gəlinmişdir. Komissiyanın bəyanatında bildirilir ki, hakerlər tərəfindən oğurlanmış minlərlə məktub və sənəd diqqətlə yoxlanıldıqdan sonra iqlimşünasların mülahizələrinin şübhə altına alınması üçün kiçik bir əsas belə tapılmamışdır. Yaxın vaxtlarda daha iki komissiya alimlərin qlobal istiləşmə haqqındakı mülahizələrinin elmi əsaslarını təfərrüatı ilə öyrənəcəkdir. Qlobal istiləşmə ətrafında qalmaqal 2009-cu ilin noyabrında başlanmışdır. Hakerlərin internet hücumlarından sonra qlobal istiləşmə haqqında təhqiqatların əsassızlığı qabardılmışdır. "İqlimgeyt"in başlıca fiqurantı əvvəllər Şərqi İngiltərə İqlimiöyrənmə üzrə Mərkəzi Universitetində işləyən Fil Cons olmuşdur. Elmi təşkilata başçılıq edən bu şəxs bir vaxtlar qlobal istiləşmə məsələlərini öyrənmişdir. Bu məsələ kütləvi informasiya vasitələrində hallandıqdan sonra F.Cons bəzi elmi məqalələrində səhv məlumat verdiyini etiraf etmişdir.

Digər xəbərlər