PDF Oxu

Dünya

  • 7

"Hizbullah" BMT tribunalı ilə əməkdaşlığa razılıq verib

"Hizbullah" BMT tribunalı ilə əməkdaşlığa razılıq verib
"Assoşieyted Press" informasiya agentliyinin aprelin 1-də yaydığı məlumata görə, "Hizbullah" radikal şiə qruplaşmasının lideri Sayed Həsən Nəsrullah belə bir bəyanat vermişdir ki, onun təmsilçisi olduğu təşkilat Livanın keçmiş baş naziri Rafik Həririnin qətlinin təhqiqatını aparan beynəlxalq BMT tribunalı ilə əməkdaşlıq etməyə hazırdır.
S.H.Nəsrullah "Əl-Manar" telekanalına verdiyi müsahibədə demişdir ki, təşkilatın 12 üzvü iş üzrə şahid kimi çıxış edə bilər. Onun dediyinə görə, "Hizbullah" istintaqın gedişini diqqətlə izləyəcək və saxtakarlıq müşahidə etdiyi vaxt dərhal əməkdaşlığı dayandıracaqdır. "İTAR-TASS"-ın məlumatına görə, qruplaşma lideri təhqiqat materiallarının açıqlanmamasını məqbul hesab etdiyini bildirir.
R.Həririnin həyatına son qoyan terror aktı 2005-ci il fevralın 4-də baş vermişdir. Keçmiş baş nazirin korteji yoldan keçdiyi vaxt yol kənarına gizlədilmiş partlayıcı qurğu işə düşmüşdür. O vaxt R.Həriridən başqa daha 20 nəfər həlak olmuşdu. Bu hadisədən sonra, Livan cəmiyyətində yaranmış narahatlıq 30 il ölkə ərazisində dislokasiya olunmuş Suriya ordusunun ölkə ərazisini tərk etməsi ilə nəticələnmişdir.
İstintaq belə hesab edir ki, Suriya və Livanın xüsusi xidmət orqanı əməkdaşlarının bir qismi terror aktında iştirak edə bilərdilər. Ancaq hər iki ölkənin rəsmi qurumları bu faktı təkzib etmişlər. "Hizbullah" qruplaşması da terror aktında iştirakını təkzib etmişdir.
2009-cu ilin 1 martında Haaqada yaradılıb bu məsələni araşdıracaq BMT-nin xüsusi tribunalı yaradılmışdır. Bu tribunalın tərkibinə 11 hakim daxil edilmişdir. Təhlükəsizlik məsələləri ilə əlaqədar onların adları açıqlanmır. Hakimlərə italiyalı Antonio Kasseze başçılıq edir. Hələlik, tribunala işləmək üçün 3 il müddətinə mandat verilmişdir. Gələcəkdə həmin müddətin uzadılacağı gözlənilir.

Digər xəbərlər