Timoşenko və Lutsenko kölgə hökumətindən kənarda qalıb
"Ukrainskiye Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Yuliya Timoşenko tərəfdarları nazirlərin kölgə kabinetinin tərkibini təsdiq etmişlər. Kölgə baş naziri Sergey Sobolevin dediyinə görə, onun hökumətinin tərkibinə üç baş nazir müavini daxil edilmişdir: Vladimir Stretoviç, Yuri Karmazin və Oles Doniy (hamısı NUNS deputatlarıdır).
Yuliya Timoşenko əvvəllər vəd etdiyi kimi kölgə hökumətinin tərkibinə daxil olmamışdır. Onun yaxın həmkarları - keçmiş baş nazir müavini Aleksandr Turçinov və keçmiş daxili işlər naziri Yuri Lutsenko da kölgə kabinetində təmsil olunmurlar.
Müxalifət hökuməti naziri Roman Zvarıç (NUNS), ədliyyə naziri Yelena Şurstik (YTB), regional inkişaf naziri Vladimir Bondarenko (YTB), iqtisadiyyat və infrastruktur naziri Aleksandr Bondar (NUNS), səhiyyə naziri Sergey Şefçuk (YTB), təhsil və elm naziri Vladimir Poloxalo (YTB), maliyyə naziri Andrey Sençenko (YTB), aqrar siyasət naziri İvan Kirilenko (YTB), müdafiə naziri Nikolay Petruk (YTB), mədəniyyət naziri İqor Qrıniv (YTB), əmək və sosial-siyasət naziri Andrey Pavlovski (YTB), energetika naziri Aleksandr Qudıma (YTB), idman və turizm naziri Ostap Semerak (YTB), daxili işlər naziri Gennadi Moskal (NUNS) və fövqəladə hallar naziri Yuri Qrımçak (NUNS) seçilmişlər.
S.Sobolevin dediyinə görə, hər bir kölgə kabineti naziri üçün ayrılıqda səsvermə keçirilmişdir.