PDF Oxu

Dünya

  • 11

Sudan prezidentinin başlıca rəqibi seçkilərdən kənarlaşdırılıb

Sudan prezidentinin başlıca rəqibi seçkilərdən kənarlaşdırılıb
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, aprelin 11-də Sudanda keçiriləcəyi gözlənilən prezident seçkilərində əsas namizədlərdən biri hesab edilən Yassir Arman öz namizədliyini geri götürmüşdür. Y.Armanın seçkiönü kampaniyada iştirakdan imtina etməsini Sudan Xalq Azadlıq Hərəkatının (SPLM) nümayəndələrindən biri bəyan etmişdir. Xatırladırıq ki, Y.Arman prezident seçkilərində məhz bu partiyanı təmsil edirdi. Hərəkatın vitse-prezidenti Riek Maşarın dediyinə görə, partiya tərəfindən qəbul edilmiş bu qərar Darfurun işğalının davam etdirilməsi və seçkilərə hazırlıq zamanı törədilmiş bəzi pozuntularla əlaqədar olmuşdur. Agentlik qeyd edir ki, ekpertlərin əksəriyyəti Y.Armanın iqtidarda olan ölkə prezidenti Ömər əl-Bəşirin başlıca rəqibi hesab edirdi. SPLM bütün səviyyələrdə prezident seçkilərini boykot etməyi nəzərdə tutur. Aprelin 11-də prezident seçkilərinin keçirilməsi ilə yanaşı, həm də, milli və regional parlament, həmçinin, Cənubi Sudan prezidenti və əyalətlər üzrə qubernator seçkiləri də keçiriləcəkdir. Seçkilərin keçirilməsi 2005-ci ildə Şimali və Cənubi Sudan arasındakı atəşkəsin şərtləri kimi irəli sürülmüşdür. Son 24 il ərzində seçkilərdə müxtəlif siyasi partiya və təşkilatlar iştirak edəcəkdir.

Digər xəbərlər