PDF Oxu

Dünya

  • 12

İranın xüsusi xidmət orqanları Pakistandan oğurlanmış diplomatı azadlığa buraxıblar

İranın xüsusi xidmət orqanları Pakistandan oğurlanmış diplomatı azadlığa buraxıblar
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, İranın xüsusi xidmət orqanı əməkdaşları 2008-ci ilin noyabrında Pakistanın şimali-qərb hissəsində oğurlanmış diplomatlarını azadlığa buraxmışlar. İranın dövlət televiziyasının məlumatına görə, "mürəkkəb kəşfiyyat əməliyyatı nəticəsində" azad edilmiş diplomat evinə buraxılmışdır.
2008-ci ilin 13 noyabrında bir qrup silahlı İranın Pişəvəridəki kommersiya attaşesi Həsmətullah Əttarzadənin avtomobilinə hücum edərək, onun sürücüsünü qətlə yetirmişlər. O vaxt H.Əttarzadəni naməlum istiqamətə aparmışdılar. Bir müddət sonra Pakistanın radikal islam qruplaşmasının nümayəndəsi İran diplomatının oğurlanmasının rəsmi Tehranın "Taliban"ın mövqeyini zəiflətməsi ilə əlaqədar olmuşdur.
Diplomatın azadlığa buraxılması son ay yarım ərzində İran xüsusi xidmət orqanı əməkdaşlarının ikinci böyük uğuru kimi qiymətləndirilir. Fevralın 23-də onlar sünni terrorçu təşkilatı olan "Cundallah"ın lideri Əbdülmalik Riqanı ələ keçirmişdilər. Bu şəxs Dubay-Bişkek təyyarə reysilə uçarkən, onu İran ərazisində məcburi qaydada yerə endirmişlər.

Digər xəbərlər