PDF Oxu

Dünya

  • 8

Medvedev Şimali Koreyadan silah almağı qadağan edib

Medvedev Şimali Koreyadan silah almağı qadağan edib
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Rusiya prezidenti Dmitri Medvedev Şimali Koreyadan hər növ silah almağın qadağan olunması haqda sərəncam imzalamışdır. Sərəncam BMT Təhlükəsizlik Şurasının qəbul etmiş olduğu 1874 saylı əsasnaməsinə əsaslanmışdır. Təhlükəsizlik Şurasının əsasnaməsi 2009-cu ilin 12 iyununda Şimali Koreyanın nüvə sınaqlarına cavab olaraq qəbul edilmişdir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya bu qərarı bəyənmişdir. BMT Təhlükəsizlik Şurasının yeni sanksiyası 2009-cu il 25 mayda keçirilmiş ikinci nüvə sınağına cavab olmuşdur. Şuranın əsasnamasinə görə, Şimali Koreyaya silah idxalı və ixracı dayandırılır və bu ölkəyə qoyulan maliyyə əməliyyatları dondurulur.

Digər xəbərlər