PDF Oxu

Dünya

  • 7

NATO-nun Qəndəharda keçirəcəyi hərbi əməliyyat iyunda gerçəkləşəcək

NATO-nun Qəndəharda keçirəcəyi hərbi əməliyyat iyunda gerçəkləşəcək
"Assoşieyted Press" informasiya agentliyinin NATO komandanlığına əsaslanaraq, yaydığı məlumata görə, koalisiya qüvvələrinin Əfqanıstanın Qəndəhar əyalətində keçirəcəkləri hərbi əməliyyat iyunda özünün aktiv fazasına çatacaqdır. Beynəlxalq qüvvələr Qəndəhar şəhərindəki hərbi əməliyyatı avqustun 11-də başlanacaq Ramazan ayında başa çatdırmağa cəhd edəcəklər.
Hazırda NATO qüvvələri hərbi əməliyyatların keçirilməsinə hazırlaşırlar. Onlar ordu hissələrinin əyalət paytaxtına çatdırılması üçün yollardakı təhlükəsizliyi təmin edir və ətraf qəzaların liderləri ilə əməkdaşlıq əlaqələri yaradırlar. ABŞ hərbçilərindən ibarət 4 min nəfər Qəndəhara hələ 2009-cu ilin yazında göndərilmişdi. Hərbi əməliyyatın ilk fazası əyalət paytaxtında 2010-cu ilin martının ortalarında keçirilməyə başlamışdır. Yaxın günlərdə NATO-nun Əfqanıstandakı hərbi kontingentinin miqdarının 150 min nəfərə çatdırılacağı gözlənilir.
Bu ilin fevralında NATO qüvvələri Qəndəhar yaxınlığında olan Hilmend əyalətində hərbi əməliyyat keçirmişlər. O vaxt taliblərin sığındıqları Marca şəhəri ələ keçirilmişdir.

Digər xəbərlər