PDF Oxu

Dünya

  • 11

Taliblər Barak Obama getdikdən sonra ABŞ-ın hərbi bazasını atəşə tutmuşlar

Taliblər Barak Obama getdikdən sonra ABŞ-ın hərbi bazasını atəşə tutmuşlar
"DPA" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ prezidenti Barak Obama Əfqanıstanın Bəhramdakı bu ölkəyə məxsus hərbi-hava qüvvələrinin yerləşdiyi bazanı tərk etdikdən sonra taliblər oranı atəşə tutmuşlar. NATO-nun Kabuldakı mətbuat katibi Ceffri Loftinin dediyinə görə, taliblər hərbi bazaya cəmi bir raket atmışlar. Taliblər isə bazanın kazarmasına üç raket atdıqlarını bildirmişlər. Onların məlumatına görə, Amerika hərbçiləri ağır itki vermişlər.
Barak Obama martın 28-dən 29-na keçən gecə atəşdən bir neçə saat əvvəl bazanın hərbi personalı ilə görüş keçirmişdir. ABŞ prezidenti həmin gün Əfqanıstan prezidenti Həmid Kərzayi ilə görüşmüşdür. Ağ Evin mətbuat katibi Robert Gibbsin dediyinə görə, B.Obamanın Əfqanıstana qəfil səfərinin məqsədi ilk məlumatı hadisə yerində əldə etmək olmuşdur. ABŞ prezidenti Əfqanıstanda cəmi 9 saat olmuşdur. B.Obama bu müddət ərzində "İSAF" komandiri Stenli Makkristal və hərbi perosnalla da görüşməyə vaxt tapmışdır.

Digər xəbərlər