PDF Oxu

Dünya

  • 13

Müxalifətçilər Tayland hökuməti ilə danışıqları dayandırıb

Müxalifətçilər Tayland hökuməti ilə danışıqları dayandırıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Tayland paytaxtında etiraz aksiyası keçirən "qırmızıköynəklilər" ölkənin baş naziri Apxisit Vetçaçiva ilə gələcək danışıqlardan imtina etmişlər. Müxalifətçilər bu qərarlarını hökumətin onların tələblərini yerinə yetirməmələri ilə əlaqələndirmişlər. Xatırladırıq ki, müxalifətçilər hökumətdən tələb edirdilər ki, 15 gün ərzində növbədənkənar parlament seçkilərinin keçirilməsi haqda qərar qəbul etsin. "Qırmızıköynəklilər"in liderlərindən biri olan Catuporn Prompan danışıqların tamamilə iflasa uğradığını bildirmişdir.
Martın 29-da Taylandın baş naziri A.Veçtativa müxalifətçilərə kompromis variant təklif etmişdi. O, növbədənkənar seçkiləri 2010-cu ilin axırlarında keçirməyi məqsədəuyğun hesab etdiyini bildirmişdir. Müxalifətçilər bu variantın qəbuledilməz olduğunu bildirmişlər. "Biz növbədənkənar seçkilərin 15 gün ərzində keçirilməsini istəyirik. Bunun üçün hökumətə, deyəsən, 9 ay vaxt lazımdır. Hökumət, sadəcə olaraq, ikiüzlülük etməkdədir" deyə C.Prompan bildirmişdir.
"Qırmızıköynəklilər"in etiraz aksiyaları ötən ilin dekabrından keçirilməyə başlamışdır. Əsasən, kənd əhalisində təşkil edilmiş hərəkat üzvləri keçmiş baş nazir Taksin Çinavatı dəstəkləyirlər. Martın 28-də Banqkok küçələrinə 80 min nəfərə yaxın "qırmızıköynəkli" nümayişçi çıxmışdı.

Digər xəbərlər