PDF Oxu

Dünya

  • 8

“Böyük səkkizlik" sammiti iştirakçıları Moskva metrosundakı terror aktını pisləmişlər

“Böyük səkkizlik" sammiti iştirakçıları Moskva metrosundakı terror aktını pisləmişlər
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, "Böyük səkkizliy"ə daxil olan ölkələrin xarici işlər nazirləri martın 29-da Moskva metrosunda baş vermiş terror aktını kəskin surətdə pisləmişlər. Kanadanın xarici işlər naziri Lorens Kennon iştirakçı ölkələr adından çıxış edərək, baş vermiş hadisəni "qorxaq terrorçuluq aktı" kimi qiymətləndirərək, Rusiya hökumətini cinayətkarları cəzalandırmağa çağırmışdır. O, həlak olmuş şəxslərin ailələrinə başsağlığı vermiş və dünya ictimaiyyətini beynəlxalq terrorizmlə mübarizədə güclərini birləşdirməyə çağırmışdır. Bir müddət əvvəl Moskvada baş vermiş terror aktlarını ABŞ, Çin, Fransa, Böyük Britaniya, eləcə də, bir çox ölkələrin rəsmiləri pisləmişlər. İki metrostansiyada baş vermiş partlayış nəticəsində 39 nəfər həlak olmuş, 72 nəfər yaralanmışdır. Terror aktının məsuliyyətini Çeçenistan mücahidləri öz üzərlərinə götürmüşlər.

Digər xəbərlər