PDF Oxu

Dünya

  • 6

İsrail əl-Aksa məscidinə girişi məhdudlaşdırıb

İsrail əl-Aksa məscidinə girişi məhdudlaşdırıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, martın 29-da İsrail hökuməti müsəlmanların Yerusəlim şəhərindəki müqəddəs ibadətgahlarından biri olan əl-Aksa məscidinə girişi məhdudlaşdırmışdır. Bu addım Pesax yəhudi bayramı ərəfəsində terrorçuların fəallığının qarşısını almaq məqsədilə atılmışdır. Yerli polisin məlumatına görə, 50 yaşdan aşağı kişilərə əl-Aksa məscidinə giriş müvəqqəti olaraq qadağan edilmişdir.
Xatırladırıq ki, ənənəvi bayram həftəsi ərzində İordan çayının Qərb sahili də blokadaya alınmışdır. "CNN" telekanalının məlumatına görə, Qərb sahilinin administrativ sərhədi aprelin 6-dək bağlı qalacaqdır. Yalnız tibbi xidmətə ehtiyacı olanlar, akkreditə edilmiş jurnalistlər, tibb xidməti əməkdaşları, hüquqşünaslar, humanitar müəssisə əməkdaşları və digər mütəxəssislərin bu əraziyə keçməsinə icazə veriləcəkdir.
İşğal altında olan Fələstin ərazilərinin blokadaya alınması praktikası yəhudi bayramları ərəfəsində adi hal almaqdadır. Xatırladırıq ki, son vaxtlar ərəb-Avropa münasibətlərində yaşanan gərginliklər bu tədbirlərin görülməsinə rəvac vermişdir. Fələstin əhalisi arasında belə bir söz-söhbət dolaşmaqdadır ki, İsrail hökuməti əl-Aksa məscidini sökəcəkdir.

Digər xəbərlər