PDF Oxu

Dünya

  • 8

Afinanın mərkəzində partlayıcı qurğu işə düşüb

Afinanın mərkəzində partlayıcı qurğu işə düşüb
"Frans Press" informasiya agentliyinin yerli polisə əsaslanaraq, yaydığı məlumata görə, Afinanın paytaxtında işə salınmış partlayıcı qurğu bir nəfər kişinin ölümünə və bir nəfər kiçik qızın ağır yaralanmasına səbəb olmuşdur. Partlayıcı qurğu Afinanın mərkəzi hissəsində yerləşən Patissia rayonunun dövlət qulluqçusu hazırlığı üzrə mərkəz binası yaxınlığında işə salınmışdır. Yerli vaxtla saat 22:50 radələrində baş vermiş partlayış nəticəsində yaralanmış qız uşağını xəstəxanaya çatdırmışlar. Həkimlər onun vəziyyətinin ağır olduğunu deyirlər.
"Assoşieyted Press" informasiya agentliyinin yaydığına görə, həlak olmuş kişi partlayıcı qurğunu işə salan terrorçu ola bilər. Agentlik bu məlumatı yerli polis məntəqəsindən almışdır. Yunanıstan ərazisində fəaliyyət göstərən heç bir terrorçu qruplaşma partlayışın məsuliyyətini öz üzərinə götürməmişdir. Ancaq yerli anarxist və sol radikal qruplaşmaları dəfələrlə Afinanın hökumət binaları yaxınlığında partlayışlar törətmişlər. Hər dəfə partlayış haqda məlumat əvvəlcədən qəzetlərə ötürüldüyündən, hadisə yerində qurbanlara rast gəlinməmişdir. 2010-cu ilin fevral-mart aylarında Afina və eləcə də, Yunanıstanın digər şəhərlərində kütləvi etiraz aksiyaları keçirilmişdir. Bu aksiyalarda hökumətdən tələb edilirdi ki, vergiləri artırmaq hesabına büdcə difisitinin ixtisarı dayandırılsın, sosial ödənclərin ixtisarı ləğv edilsin və əmək haqqı artırılsın. Kütləvi aksiyalar zamanı nümayişçilər dəfələrlə polislə toqquşmalı olmuşlar.

Digər xəbərlər